Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
MSK daha iki nəfərin prezidentliyə namizədliyini qeydə alıb - VİDEO
Zahid Orucun və Razi Nurullayevin prezidentliyə namizədlikləri qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, Zahid Orucun və Razi Nurullayevin imza vərəqələri qanunvericiliklə müəyyən edilmiş müddətdə yoxlanılıb.
Zahid Oruc öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürüb.
Razi Nurullayevin namizədliyi Azərbaycan Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb. O, 43 800 imza vərəqəsini MSK-ya təqdim edib.
MSK-nın iclasında bildirilib ki, Razi Nurullayevin namizədliyinin qeydə alınması üçün təqdim edilən imza vərəqəsi kifayət edib.
Qeyd edək ki, bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı üç olub. Buna qədər Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınmışdı.
Növbədənkənar prezident seçkisi 2024-cü ilin fevralın yeddisində keçiriləcək.

"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Bələdiyyə seçkisində səsvermənin nəticələri etibarsız olan məntəqələrin SİYAHISI
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb