Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

MSK-dan bələdiyyə seçkilərindəki seçici fəallığı ilə bağlı AÇIQLAMA
Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.
Oxu.Az xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçki məntəqələrində seçici fəallığı 32.72 % faiz olub.
O, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfərinin səs verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.
Seçki prosesini izləmək üçün 1000 məntəqədə vebkameralar quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesi dünyanın istənilən nöqtəsindən izlənilib. Eyni zamanda ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin edilib.
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Bələdiyyə seçkisində səsvermənin nəticələri etibarsız olan məntəqələrin SİYAHISI
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb