Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
MSK-nın növbədənkənar prezident seçkisi ilə əlaqədar iclası keçirilib, qərarlar qəbul olunub - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkisi ilə əlaqədar iclası keçirilib.
“Report”un xəbərinə görə, toplantıda qəbul olunan qərarla seçki 2024-cü il fevralın 7-nə təyin edilib.
Eyni zamanda, MSK növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiqlənib.
Növbədənkənar prezident seçkisi ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.
Bundan əlavə, növbədənkənar prezident seçkisində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.
İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin olunub.
16:13
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkisini təyin edib.
“Report”un xəbərinə görə, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.
Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Bununla bağlı MSK növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
12:36
Bu gün növbədənkənar prezident seçkisi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, toplantı saat 16:00-da başlayacaq.
"MSK" teqi üzrə xəbərlər
- Məzahir Pənahov: "Bələdiyyə seçkisini müşahidə etmək istəyən 1 095 müşahidəçi qeydə alınıb"
- Bələdiyyə seçkisində namizədliyi qeydə alınan şəxs dünyasını dəyişib
- 10 siyasi partiyanın bələdiyyə seçkisindəki səlahiyyətli nümayəndələri qeydə alınıblar
- Məzahir Pənahov: "Bəzi namizədlər problem yaratmaq üçün seçkiyə qoşulurlar"
- MSK seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib