“Bu adları bizə verin ki, barələrində ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib”.
Oxu.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ölmüş şəxsin yerinə səs verilməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
O qeyd edib ki, belə pozuntu olubsa, əlbəttə, ölçü götürülməlidir.
“Məndə olan məlumata görə, vəfat etmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə, qeyri-adi vəziyyət idi”.
Aqşin Kərimov