“Müharibə veteranlarının aldığı aylıq müavinətin məbləği artırılmalıdır”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, ölkədə kommunal qiymətlərin artımı müharibə veteranlarına verilən aylıq məbləğə bir daha baxılmasını zəruri edir:
“Təklif edirəm ki, bu məbləğ heç olmasa 130 manata qaldırılsın”, - deyə S.Novruzov əlavə edib.
Qeyd edək ki, müharibə veteranlarının aylıq müavinəti 80 manatdır.
Aqşin Kərimov