Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müharibədən sonra Fransa anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməyə başladı
"Fransa ilə Azərbaycan arasında münasibətlərin süqut dövrü hazırkı prezident Emanuel Makronun hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycanın əksər məşhur ziyalıları cümhuriyyət dövründə təhsillərini məhz Fransada alıblar:
"Əhməd bəy Ağaoğlu və başqa ziyalılarımız orada təhsil aldıqdan sonra mənimsədikləri biliklərin Azərbaycanda tətbiqinə başlayıblar. Sovet İttifaqı dağıldıqdan sonra Fransa özünü neytral göstərməyə çalışsa da, hiss olunurdu ki, Ermənistana diplomatik səviyyədə dəstək göstərir. Vaxtilə ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcud olub, lakin hazırda bunu söyləmək mümkün deyil.
2020-ci ilə qədər Fransa Ermənistana gizli şəkildə dəstək göstərirdisə, İkinci Qarabağ müharibəsindən sonra anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməyə başladı".
Mərahim Nəsib