Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında məlumat verib:
"Bakıda səfərdə olan fransalı həmkarım Bertrand Buxvalter ilə məhsuldar görüşüm oldu. Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında ötən ay baş tutan telefon danışığının xarakterinə uyğun olaraq, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardıq".
I had a productive meeting with my French colleague, Bertrand Buchwalter, who is visiting Baku. In the spirit of the phone conversation held last month between President Ilham Aliyev and President Emmanuel Macron, we reviewed the current state and prospects of Azerbaijan–France… pic.twitter.com/mZxFwfnF0J
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 25, 2026