Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Müharibədən zərər çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib - FOTO/VİDEO
Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqlardan ibarət yeni qrupu reabilitasiya üçün Azərbaycana gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Oxu.Az-ın məlumatına görə, 30 nəfər uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb ediləcəklər.
Agentliyin idarə heyətinin sədr müavini Faiq Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, uşaqlar Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar:
“Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək”.
Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəl də bir qrup ukraynalı uşaq Azərbaycana gətirilmişdi.

Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Artur Rasi-zadəyə "Heydər Əliyev" ordenini təqdim edib
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- 20 Yanvar faciəsindən 35 il keçir