Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Müharibələrdə yeni dövr: Tanklar müasir döyüşlər üçün yararsızdır?](https://images.oxu.az/2025/02/09/nsjwoB522DipMbVf1uUC5sGGQ0MwoM5URy1XVzmE:1200.jpg)
Müharibələrdə yeni dövr: Tanklar müasir döyüşlər üçün yararsızdır?
Azərbaycan üçün müstəsna tarixi əhəmiyyət daşıyan İkinci Qarabağ müharibəsinin həm də dünya hərb tarixində önəmli dönüş nöqtəsi olması barədə çox danışılıb.
Pilotsuz uçuş aparatlarının ilk dəfə kütləvi şəkildə və heyrətamiz uğurla tətbiqi ilə dünyada adından söz etdirən Azərbaycan Ordusunun bununla həm də o zamana qədər yalnız fantastik filmlərə mövzu olan "dron müharibəsi" fantaziyasını reallığa çevirdiyi artıq təkzibedilməz faktdır.
Klassik müharibə standartlarını əsaslı şəkildə dəyişən bu reallıq hərb dünyası üçün tamamilə yeni və aktual suallar doğurub. Bunlardan biri də pilotsuz uçuş aparatları kimi müasir və effektiv döyüş vasitələri qarşısında arxa plana keçmiş ənənəvi müharibə vasitələrinin bundan sonrakı perspektivi ilə bağlıdır.
İkinci Qarabağ müharibəsinin ardınca Rusiya-Ukrayna cəbhəsində də müasir pilotsuz hücum vasitələri qarşısında sadəcə alov və tüstü paradı sərgiləyən saysız-hesabsız tank görüntüləri bu məsələnin aktuallığının daha bir sübutudur.
Birinci Dünya müharibəsindən başlayaraq 2020-ci ilədək baş vermiş bütün müharibələrin vacib atributu olan tankların "dron müharibələri"ndəki bu acınacaqlı durumu istər-istəməz tərəddüd dolu sualların yaranmasına da rəvac verir.
Doğrudanmı, tankların zamanı geridə qalıb? Onlar müasir müharibələr üçün yararsızdırmı?
Ətraflı Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında:
![](https://img.youtube.com/vi/OyAM_XNWEm0/sddefault.jpg)
"Baku TV" teqi üzrə xəbərlər
- Ermənilərin təxribat törətməkdə əsas məqsədi nədir? - Xəbərlərin 20:00 buraxılışı
- ABŞ-nin yeni hökuməti USAID-ə niyə bu qədər qəzəblidir?
- "Oğlumun həyatının nöqtəsi qəfil qoyuldu": Anası şəhidin ölüm xəbərini necə öyrəndi?
- Xronika: "Sərhədçilərə dedik ki, ermənilər klubda bizi öldürmək üçün plan qururlar"
- Legioner limitinin ləğvi futbolumuza necə təsir edəcək?