Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müxalifətin xalq arasında legitimlik və dəstək qazana bilməyən qırğıları - TƏHLİL
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın noyabrın 2-nə təyin etdiyi aksiyanın saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq vermişdi.
Milli Şura isə Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş “Məhsul” stadionu) və ya Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında mitinq keçirməyi planlaşdırırdı. Bu isə dövlət qurumunun icazəsi ilə razılaşmamaqdır. İcazəsiz aksiyanın təşkilatçısı və iştirakçısı isə qanunvericiliyin tələblərini pozmuş sayılır.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlığında bildirilirdi ki, Milli Şura “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbləri nümayişkəranə və kobud şəkildə pozur.
“Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, o cümlədən, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət üzərlərinə düşəcək”, - deyə məlumatda bildirilir.
Polis 19 oktyabrda Milli Şuranın qanunsuz aksiyanın qarşısını aldı. Polis şənbə günü insanların istirahətinin pozulması, habelə vətəndaşlar üçün digər mənfi nəticələri və riskləri nəzərə alır.
Müxalifət cəmiyyət tərəfindən dəstəklənmədiyini və icazəli aksiyalara kifayət qədər iştirakçı cəlb edə bilməyəcəyini anlayırdı.
Buna görə də özləri barəsində ictimai rezonans yaratmaq üçün süni qarşıdurmaya cəhd edirdi - bu səbəbdən də qanunun tələblərini pozaraq metronun “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirmək istəyirdi.
Müxalifətin isə heç rəsmi şəkildə beynəlxalq dəstəyi də yoxdur. Xaricdən müşahidə olunan təmkinli reaksiya da bunu sübut edir.
Azərbaycan hakimiyyətində hesab edirlər ki, radikal müxalifətin səsləndirdiyi şüarlar cəmiyyətin istəkləri ilə tərs mütənasibdir. Bu baxımdan, vətəndaşlar belə aksiyalara mövcud problemlərinin həll yolları kimi baxmırlar.
Bu cür aksiyalar vətəndaşların əksəriyyətinin maraqlarına cavab vermir, amma radikal müxalifət onu “ümumxalq” aksiyası kimi xarakterizə edir. Bu isə qeyri-adekvat qiymətləndirmədir.
Radikal müxalifət bütün bunları görür, xalqın qeyri-qanuni hərəkətlərə qarşı çıxdığını anlayır. Bu səbəbdəndir ki, Vaşinqtonda səfərdə olan Milli Şuranın sədri Cəmil Həsənli radikal müxalifəti qanunsuz aksiyanı təxirə salmağa çağırıb.
Bunun ardınca isə AXCP sədri, Milli Şuranın boz kardinalı Əli Kərimli elan verdi ki, noyabrın 2-nə təyin edilən razılaşdırılmamış aksiya ləğv edilib.
Əslində, radikal müxalifət xaos yaratmaq planları ilə Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan genişmiqyaslı islahatlara kölgə salmaq niyyətindədir.
Ancaq Prezidentin həyata keçirdiyi istər kadr, istər sosial, istərsə də iqtisadi islahatları çox böyük ictimai dəstək qazanıb.
Ölkə başçısının islahatları isə müxalifətin onsuz da az olan elektoral bazasının azalmasına səbəb olub.
Radikal müxalifət öz təxribatçı fəaliyyətlərini bəzi Qərb dairələri ilə razılaşdırdığını gizlətmir. Qərbdə bəzi güclər Avropada immiqrasiya problemlərini həll etməyə çalışırlar. Onlar bu məqsədlərinə çatmaq üçün Azərbaycanı Yaxın Şərqdən və Afrikadan olan qaçqınlara sığınacaq verməyə məcbur edirlər. Lakin milli maraqların qorunması Azərbaycan dövləti üçün prioritetdir və buna görə bütün resurslarını səfərbər edib. Yəqin buna görədir ki, Qərb Azərbaycana müxalifət vasitəsilə təzyiq göstərmək qərarına gəlib.
Amma bütün bunlar faydasızdır. Milli Şura oktyabrın 19-da keçirdiyi qanunsuz aksiyadan sonra başa düşdü ki, onlar vətəndaşlar arasında legitimlik və dəstək qazana bilməyiblər. Lakin onlar öz zəifliklərini müxtəlif saxtakarlıqlarla əsaslandırmağa çalışırlar.
Müxalifət bu zamana qədər özünü milli maraqların müdafiəçisi obrazında təqdim etsə də, bunun da boğazdan yuxarı deyilən söz olduğu anlaşıldı.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyə əleyhinə qəbul etdiyi qondarma erməni soyqırımı ilə bağlı qətnaməsinə özünü radikal müxalifətin qırğıları hesab edənlərdən biri etiraz etmədi.
Bu isə onların erməni dairələrlə əməkdaşlığının bariz nümunələrindən biridir. Radikal müxalifətin məlum qətnamə qarşısında susqunluğu “Bir millət, iki dövlət” ideyasına faktiki xəyanətdir.
Qarabağ dərdi yaşayan və erməni təcavüzündən əziyyət çəkən Azərbaycan xalqı isə müxalifətin erməni dairələri qarşısında xidmətlərini çox gözəl başa düşür.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib