Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
Prezidentin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinə yeni müavinlər təyin olunub.
Oxu.Az xəbər verir ki, Zaur Mikayılovun birinci müavini təyin edilən Xəyyam Məmmədov əvvəllər bir sıra vəzifələrdə çalışıb.
Belə ki, 1975-ci ildə Moskva şəhərində anadan olmuşdur.
1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin fakültəni hüquqşünas ixtisası üzrə bitirmişdir. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət İdarəçiliyi ixtisası üzrə dissertantıdır.
1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində hüquqşünas, insan resursları, inzibati məsələlər üzrə departament rəhbəri, baş direktorun müavini və rəhbəri vəzifələrində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri vəzifələrində çalışmışdır.
2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının üzvü təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 may tarixli Sərəncamına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli Sərəncamına əsasən "Azərsığorta" ASC-nin Direktorlar Şurasının üzvü təyin olunub.
Ailəlidir, 2 övladı var.
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- Nərimanov rayonunun bəzi ərazilərində içməli su KƏSİLDİ - Bir gün olmayacaq
- Şirvan suvarma kanalı qurulduqdan sonra 10 rayonun suvarma və içməli su ilə təminatı yaxşılaşacaq
- Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları
- ADSEA-da geniştərkibli müşavirə: Qərarlar qəbul edildi
- Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır