Ermənistan XİN rəhbəri Edvard Nalbandyan sensasiya doğuran bəyanat verib.
Oxu.Az xəbər verir ki, Ermənistanın İctimai televiziyasının sualını cavablandırarkən nazir, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların predmetini açıqlayıb.
Nazirin sözlərinə görə, tərəflərin müzakirə etdikləri işçi sənədlər olaraq, tərəflərin nəzərdən keçirdiklərinin predmeti hesab edilir. İnkişafına nail olunmayan sənədlər ATƏT-in Vyanada yerləşən mərkəzi ofisinə saxlanılmağa verilir.
“Saxlanılmağa verilməyən sənəd hələlik – Kazan sənədidir. Qalan bütün şərhlər artıqdır”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Kazan sənədi Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini, eləcə də onun ətraf ərazilərinin, Qarabağı Ermənistan ilə birləşdirən dəhlizin Azərbaycanın nəzarəti altına qaytarılmasını nəzərdə tutan 14 maddədən ibarətdir.
Digər prinsiplər hər iki tərəfin qaçqınlarının geri qaytımasına, Dağlıq Qarabağın təhlükəsizliyini və özünü idarə etməyinə dair müvəqqəti statusa, eləcə də razılaşmanın yerinə yetirilməsinə dair beynəlxalq təhlükəsizlik zəmanətlərinə aiddir.