Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bu gün Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü baş tutub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan “Twitter” səhifəsində yazıb.
Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Məlumata əsasən, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
N.O.