Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Narışkin: "Azərbaycan və Ermənistan bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər"
"ABŞ Yaxın Şərqdən Asiya və Afrikaya qədər bütün cəbhələrdə təşəbbüsü itirir".
Oxu.Az-ın məlumatına görə, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Razvedçik" jurnalına müsahibəsində deyib.
O, postsovet məkanında isə Vaşinqtonun tamamilə uğursuzluğa düçar olduğunu vurğulayıb.
"Gürcüstanda Qərb hakim Gürcü Arzusu Partiyasının seçkidə qələbəsinin qarşısını ala bilmədi. Gürcüstan hakimiyyəti öz maraqları çərçivəsində hərəkət etməyə qərar verdi və indi ənənəvi gürcü dəyərlərinə sonsuz dərəcədə yad olan, kənardan qəbul edilmiş gündəlikdən şüurlu şəkildə uzaqlaşır.
Eyni zamanda, Azərbaycan və Ermənistan sülh nizamlanması üzrə ABŞ və Avropa İttifaqının tövsiyələrinə qulaq asmadan bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər", - deyə Narışkin bildirib.