Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axund Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun!
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əfqanıstan İslam Əmirliyi ilə Azərbaycan Respublikası arasında münasibətlər qarşılıqlı hörmətə, xoş niyyətə və dostluq əlaqələrinə əsaslanır. Əfqanıstan İslam Əmirliyi bu münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük önəm verir. Şübhəsiz ki, sıx əməkdaşlıq regional sabitliyin və rifahın təmin olunmasında, həmçinin hər iki ölkənin iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Fürsətdən istifadə edərək Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Sizə cansağlığı və rifah, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. Təşkilatımız üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və bu dövlətlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.
Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram.
Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Banqladeş xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar gün Azərbaycan xalqının qətiyyətinin, mətanətinin və milli ruhunun qürurverici sübutudur. İllər ərzində Azərbaycan Sizin bacarıqlı rəhbərliyinizlə sosial-iqtisadi tərəqqiyə nail olmaq və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirmək istiqamətində mühüm nailiyyətlər qazanıb.
Banqladeş Azərbaycanla qarşılıqlı hörmətə və sülh, sabitlik, rifahla bağlı ortaq istəklərə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək və genişlənəcək.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Myanma İttifaqı Respublikasının Prezidenti Min Aung Hlaing Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sudan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Bu əlamətdar gün Sudan Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən qardaşlıq əlaqələrinin dərinliyini və möhkəmliyini bir daha təsdiqləmək üçün gözəl fürsət yaradır.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimizin qarşılıqlı maraqlarına və ortaq məqsədlərinə xidmət edən ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində qətiyyətimi ifadə edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı və dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm".
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və xalqınıza öz adımdan, eləcə də Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan dərin məmnunluğumu ifadə edirəm.
Şri-Lanka ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin və sıx əməkdaşlığın daha da genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin davamlı tərəqqisi ilə bağlı ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qarşılıqlı mənafeləri naminə bundan sonra da inkişaf edəcəyinə səmimi olaraq əminliyimi bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Həmçinin Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib:
"Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayramı - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Sizə ali dövləti vəzifənizdəki fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Fürsətdən istifadə edərək Rusiyanın və Azərbaycanın xüsusi xidmətlərinin ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinin və sabit inkişafının bundan sonra da etibarlı qarantı olacaq əməkdaşlığının inkişafına göstərdiyiniz diqqətə və davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm".