Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

NASA astronavtlarından COP29-un açılışı münasibətilə Azərbaycana təbrik
Planetimizin gələcəyini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) açılışı münasibətilə NASA astronavtları Azərbaycana təbriklərini çatdırıblar. Hazırda Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar Sunita Uilyams və Butç Uilmor planetimizi qorumağın həyati əhəmiyyətindən danışıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabındakı paylaşımda bildirilib.
Qeyd edilib ki, astronavtlar gələcəyi qorumaq üçün indidən hərəkətə keçmək zərurətini vurğulayıblar.
"Onlar Yer kürəsinin gözəlliyini kosmosdan seyr edərək, bizə gələcəyimizi qorumaq üçün məhz indi hərəkətə keçmək zərurətini bir daha xatırladırlar", - deyə paylaşımda qeyd edilib.

"COP29" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
- Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi
- Ülviyyə Qarayeva: "Guya geri qaytarılan vəsaitdən agentlik işçilərinə mükafat yazılır"
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- COP29 sədrliyinin "İqlim və Sülh" gündəliyinin icrasına start verilib