Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Murad Musayev adını "Krasnodar" klubunun tarixinə yazdırıb
Murad Musayevin başçılıq etdiyi "Krasnodar" klubu Rusiya Premyer Liqasında 2024/25 mövsümünün ilk dövrəsinin qalibi olub.
Oxu.Az xəbər verir ki, komanda 37 xalla turnir cədvəlində 1-ci yerdə qərarlaşıb.
Bu, təkcə qazanılan xallar baxımından deyil, həm də vurulan (32) və buraxılan qolların (7), eləcə də top fərqinə (+25) görə də klub tarixinin ən yaxşı dövrəsidir.
"Murad Musayev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar