2026/27 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Şəfa" heyətini Murad Musayevlə gücləndirib.
Oxu.Az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasının böyük hissəsini "Qəbələ"də keçirib. O, eyni zamanda, "Zirə", "Şüvəlan" və "Səbail"in heyətində də çıxış edib.

Qaynar xətt:
(055) 224 12 12