Misli Premyer Liqasının X turuna "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulub.
Oxu.Az xəbər verir ki, "SOCAR Polymer Arena"da keçirilən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qonaq komandanın heyətində hesabı 31-ci dəqiqədə Musa Quel açıb. Ev sahibləri məğlubiyyətdən 71-ci dəqiqədə xilas olublar. Ronaldo Vaskesin vurduğu qol yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra "Sumqayıt" 9 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. "Şəfa" isə 4 xalla 11-ci yerdədir.
Misli Premyer Liqasında X tura bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, sonuncu oyunda "Sumqayıt" "Şəfa"nı qəbul edəcək.
Qarşılaşma "SOCAR Polymer Arena"da saat 19:00-da start götürəcək.
Misli Premyer Liqası
X tur
19:00. "Sumqayıt" - "Şəfa"
"SOCAR Polymer Arena"
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X turun digər matçlarında "Turan Tovuz" "Sabah"ı (3:2), "Neftçi" "Şamaxı"nı (3:2), "Kəpəz" "İmişli"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) oyunlarında qalib müəyyənləşməyib.