Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Naxçıvan Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürüləcək
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, müvafiq səlahiyyətin ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Neft məhsullarının ölkə ərazisində daşınması xərcləri ilə bağlı qaydalar dəyişdirilir
- Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq
- "SOCAR Türkiyə"nin gələn il üçün hədəfləri müzakirə edilib
- SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
- SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər