Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir: "Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirir"
"Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirir. Belə olan halda biz hədəfə çevrilirik".
Bunu xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında Oxu.Az-ın sualına cavab olaraq deyib.
O bildirib ki, bu, Gürcüstanda parlament seçkisi, Azərbaycanda isə öz ərazilərini azad etməsi fonunda bəhanələrlə yadda qalıb:
"Hətta COP29 kimi böyük tədbirdən istifadə edib Azərbaycanı hücuma məruz qoymuşdular. Amma siyasət milli maraqlara əsaslanırsa, xalqın dəstəyinə əsaslanırsa, hər bir xarici qüvvə böyüklüyündən asılı olmayaraq suveren siyasət qarşısında acizdir.
Hesab edirik ki, Azərbaycan və Gürcüstan bir-birinin inkişafında maraqlıdır. Bizim münasibətlərimiz region olaraq bir-birindən asılıdır deyə qarşılıqlı əmin-amanlıqda maraqlıyıq. İki ölkə də bu istiqamətdə nümunəvi addımlar sərgiləyir. Dünyanın hər bir coğrafiyasında dövlətlər belə siyasət sərgiləsəydi, dünyamız yaşamalı yer olardı".
Mərahim Nəsib
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Rəsmi Bakı: "USAİD-in Azərbaycanda fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib"
- Azərbaycan və Gürcüstan XİN başçıları qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı müzakirə ediblər
- Ceyhun Bayramov: "Azərbaycan 2023-cü ildə antiterror tədbirləri ilə öz suverenliyini bərpa etdi"
- Maka Boçorişvili: "Azərbaycan və Türkiyə ilə münasibətlərə önəm veririk"
- Ceyhun Bayramov: "Biz regionun təhlükəsizliyi üçün Ermənistana sülh əlimizi uzatmışıq"