Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda bir mərkəz adını dəyişir
Respublika Olimpiya Mərkəzi adını dəyişir.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, Respublika Olimpiya Mərkəzi adını dəyişərək "Bakı Atletika Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrildiyini elan edib.
Qeyd edək ki, mərkəz 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Şəlalə Rəhim qızı Yaqubovadır.
Əlavə edək ki, Respublika Olimpiya Mərkəzi Bakı şəhərinin Nərimanov rayonunda, metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşir.
Ümumi ərazisi 0,22 hektar olan mərkəzin yüngül atletika manejinin uzunluğu 96 metr, eni isə 30 metrdir. Manejin ətrafında altı qaçış zolağı olan yeni cığırlar (3 dairəvi və 3 düz) quraşdırılıb. Dairəvi zolaqlar müvafiq olaraq 200, 207 və 217 metrdir. Düz qaçış zolaqlarının uzunluğu 100 metrdir.
"Nərimanov rayonu" teqi üzrə xəbərlər
- Bakıda 52 yaşlı kişi özünü binadan atdı
- Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi
- Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
- 35 saylı məntəqədə seçkinin gedişatı: Məntəqə sədrindən AÇIQLAMA
- Polis qadına qarşı quldurluq edən şəxsi saxlayıb
Rəylər