Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Netanyahu yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Azərbaycana rəsmi səfər edəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Israel Hayom" nəşri xəbər yayıb.
Bildirilib ki, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib, ancaq yaxın günlərdə olacağı vurğulanıb.
Səfər zamanı müzakirənin əsas mövzusu İsrail və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələləri olacaq.
"Netanyahu və Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli və regional münasibətlərin tam spektrini müzakirə edəcəkləri gözlənilir", - deyə mənbədən vurğulanıb.
Netanyahu yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək

"Benyamin Netanyahu" teqi üzrə xəbərlər
- Netanyahu: "İsrail yaxın günlərdə tam gücü ilə HƏMAS-a qarşı hərbi əməliyyata başlayacaq"
- Netanyahunun Azərbaycana səfəri təxirə salındı
- Azərbaycan geosiyasi MƏRKƏZDİR: Hamı "yanmış körpülər"in bərpasına çalışır - "Kaspi"nin TƏHLİLİ
- Azərbaycanın Yaxın Şərq siyasəti: Uğurlu diplomatiyanın nəticəsi
- Netanyahunun korteji qəzaya düşdü
Ən çox oxunanlar