Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Fuad Sadıqov: "Apreldə baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz-üzə qoyub"
"Ölkəmizdə aprel ayında baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz üzə qoyub".
Oxu.Az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Milli Məclisinin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, yalnız aprel ayında aqrar sığorta fonduna edilən müraciətlər deməyə əsas verir ki, ölkəmizdə sığortalanmış 13 mln. manatlıq istehsala tam və ya qismən ziyan dəyib:
"İlin əvvəlindən isə artıq 26 mln manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciətlər olmuşdur. Qeyd etmək istərdim ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur".

Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Bircə dənə qız gəlin" istəyənlərin sayı artır - "Qadın peşə"lərində işçi çatışmazlığı olacaq?
- Ülviyyə Qurbanovanın mətbəxdə əməliyyat etdiyi şəxs dünyasını dəyişib
- Səhiyyə Nazirliyi tərəfindən yeni təşəbbüs: Sertifikasiya və peşəkar inkişaf üçün yeni seçim imkanı
- Səhiyyə Nazirliyindən yeni format: Sertifikasiya imtahanlarında 100 suallıq test və dərhal nəticə
- Tibb işçilərinin sertifikasiyası: 2024-cü ildə 18 mindən çox mütəxəssis imtahan verib