Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
"Baş nazir Paşinyan belə bir praktikanı qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribatçı və qızışdırıcı praktikadır", - deyə o qeyd edib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Qərblə Rusiya arasında qalan Ermənistan: Koçaryanın revanşist həmlələri
- Ermənistanın keçmiş prezidenti: "Biz İranla strateji əməkdaşlıq qurmalıyıq"
- Azərbaycanla müqavilə imzalandıqdan sonra Ermənistan Rusiyanın 102-ci hərbi bazasını bağlayacaq?
- Paşinyan Albaniyada hansı ölkəni təmsil edib?
- Bir görüşün psixoloji mesajı: İlham Əliyevin dominantlığı və Paşinyanın gərginliyi