Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında əməkdaşlığlıqdan yazıb.
Oxu.Az xəbər verir ki, PA rəsmisi Twitter səhifəsində qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir:
“Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür”.