I rübün nəticələrinə əsasən keçmiş ittifaq respublikalarının valyutalarından ən çox devalvasiyaya Ukrayna qrivnası uğrayıb: ona qarşı dolların kursu 48,7% artaraq ilin əvvəlindən 15,76 qrivnadan mart nəticələrinə görə 23,44 qrivnaya yüksəlib.
Postsovet məkanının valyutalarının cari ilin ilk üç ayı üçün dinamikasını Forex Club şirkətində təhlil ediblər.
“Ukrayna üçün bu dinamikanın müqəddiməsi Donbasdakı hərbi fəaliyyət və iqtisadi böhrandır”,- icmada deyilib. Əsas amillər sırasında ölkədən və bank sektorundan kapital axını, defolt risklər və valyutaya artan tələbatın təmin edilməsi üçün qızıl ehtiyatlarının olmamasıdır.
I rübdə dolların 33,7% və 22,8% bahalaşdığı Azərbaycan və Türkmənistanda milli valyutanın zəifləməsi ilk növbədə 2014-cü ilin nəticələrinə görə neftin ucuzlaşması və dövlət büdcəsinin “qara qızıl”ın və qazın yeni qiymət səviyyələrinə uyğunlaşdırılması ilə əlaqədardır, Forex Club-da izah ediblər.
Gözəçarpacaq zəifləməni Belarus rublu (dollar 24,4% bahalaşıb), gürcü larisi (dollar 19,5% artıb) və Moldova leyi (dolların kursu 17,7% artıb) göstərib.
İlin əvvəlindən yalnız erməni dramı güclənib (dolların kursu 0,8% azalıb).
Forex Club-un hesabatında qeyd edilib ki, keçmiş ittifaq respublikalarının milli valyutalarının ümumi zəifləməsi daxili iqtisadi amillərin təsiri altında formalaşır. İqtisadiyyatı Rusiya bazarına bağlı olan ölkələr 2014-cü ildə rus rublunun süqutundan sonra daxili ticarətdə formalaşmış qeyri-sabitliyin təsirini hiss edirlər. Bununla yanaşı, analitiklər hesab edirlər ki, Rusiya Federasiyası ilə daxili ticarət sabitliyinin tənzimlənməsi çərçivəsində bir sıra ölkələr öz valyutalarını zəiflədəcəklərini istisna etmirlər. Əsasən bu tendensiya Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistanda təzahür edə bilər.
Analitiklər tərəfindən yığılan məlumata əsasən 2015-ci ilin I rübündə Kolumbiyanın valyutası zəifləyib (dollar 37% bahalaşıb), daha sonra Braziliya realı gəlir (dolların bahalaşması 19,5% təşkil edir). Çili pesosu ilə müqayisədə dollar 13,7%, Danimarka kronuna qarşı – 13,1%, avroya qarşı – 12,7% möhkəmlənib. I rübdə əks tendensiyanı İsveçrə, Hindistan və Çin valyutaları nümayiş etdirib, onlarla müqayisədə dollar müvafiq olaraq 2,2%, 1,8% və 0,3% ucuzlaşıb.