Rəsmi Bakı Ermənistanla yalnız konstruktiv danışıqlara hazırdır.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov belə deyib.
O, Azərbaycanın mövqeyini bir daha xatırladıb.
“Azərbaycanın mövqeyi bundan ibarətdir ki, əgər Ermənistan tərəfi ilə hər hansı bir görüş olarsa biz bunu əvvəlcədən bilməliyik və biz düşünməliyik ki, bu görüş bizə nə verəcək? Bu görüşə nə üçün gedirik? Görüşdə hansı məsələni müzakirə edib, hansı nəticəyə gəlməliyik”.
Onun sözlərinə görə, konkret nəticə olmayacaqsa, bu görüşlərin də mənası yoxdur.