Azərbyacan Prezidentinin Administrasiyasının rəhbərinin müavini, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Facebook sosial şəbəkəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərən ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin hər addımını Tvitterdə işıqlandırma adətinə istehzalı şəkildə şərh edib:
“Mənə hərdən elə gəlir ki, Uorlik Dağlıq Qarabağ münaqişəsinin Tvitter-də həll etmək istəyir”, - Novruz Məmmədov yazıb.
Ceyms Uorlikin Tvitter-də müntəzəm olaraq, heç bir konkret hərəkət etmədən, sadəcə öz optimist paylaşımları ilə dumanı dağıtmağını görəndə onunla razılaşmamaq mümkün deyil.