Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yeni yazı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, o, yazdığı tvitdə ABŞ Konqresinə seçilmək üçün Robert Doldun erməniləri özünə müttəfiq seçdiyini qeyd edib:
“Respublikaçı Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir”.