Bütün həyatını siyasətə həsr etmiş Stanislav Tarasov hələ də bilmir ki, Əfqanıstana yükdaşıma sahəsində Azərbaycan neçə ildir ki, mühüm rol oynayır.
Oxu.Az AzNews.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində rusiyalı politoloq, ekspert S.Tarasovun Rusiya KİV-də dərc olunan məqaləsində guya rəsmi Bakının ABŞ-a öz ərazisi vasitəsilə Əfqanıstandakı yüklərin daşınmasını təklif etməklə Vaşinqtonla sövdələşməyə getməsinə dair fikirlərinə münasibət bildirərkən deyib.(Trend)