"Türkiyə vətəndaşlarının əzmkar mübarizəsi nəticəsində iyulun 15-də qəhrəmanlıq dastanı yazıldı".
Oxu.Az-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə TBMM-də "Zəfərin adı Türkiyə" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, dövlət çevrilişinə cəhdin qarşısını alarkən Türkiyə onlarla şəhid verib:
"15 iyulda qəhrəmanlıq və xəyanət qarşı-qarşıya idi. Həmin gün tankların arxasında gizlənənlərlə əliyalın şəkildə tankların qarşısına keçənlərin mübarizəsinin şahidi olduq. Amma Türkiyə xalqı çevrilişə imkan vermədi".
Mərahim Nəsib