Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
Oxu.Az xəbər verir ki, türkiyəli nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının 20-ci Konfransında iştirak etmək üçün ölkəmizə səfər ediblər.
Xatırladaq ki, Bakıda 22-25 iyun tarixlərində İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının 20-ci Konfransı keçirilir.
Qaynar xətt:
(055) 224 12 12