"Bu gün baş verənlər onu göstərir ki, dünya dağılır, yeni nizam qurulur. Bu sistemin isə çoxqütblü olacağı qaçılmazdır. Bu istiqamətdə islam dünyasının qarşısında fürsətlər açılmaqdadır".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) 20-ci sessiyasının açılış mərasimində deyib.
"Ona görə də bu fürsətləri düzgün dəyərləndirmək lazımdır. İki milyarddan çox əhalisi və BMT-dən sonra 57 ölkə ilə ən böyük nüfuza malik olan islam aləmi yeni dünya nizamının önəmli güc mərkəzlərindən birinə çevriləcək. Bu istiqamətdə də səylərimizi artırmalıyıq", - deyə TBMM sədri vurğulayıb.