Dağlıq Qarabağ tezliklə Türk dövlətlərinin vahid birliyilə işğaldan azad ediləcək. Bu Azərbaycana ən böyük hədiyyə olacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu “Bakının azad edilməsinin 95 illiyi” münasibətilə təşkil edilən tədbirdə deyib.
Tədbirdə Bakının azad edilməsində iştirak edən Nuru paşanın xatirəsinin əbədiləşdirilməsi üçün abidənin tikilməsi də vurğulanıb.
Türkiyənin Bakı səfirliyinin mədəniyyət və tınıtım müşaviri Seyit Ahmet Arslan Nuru paşanın qəhrəmanlığı Azərbaycan və Türkiyədə çox az təbliğ olunmasından şikayət edib.
“Kitablar hazırlanmalı və Paşa tarix kitablarında daha çox təbliğ olunmalıdır”.
Qeyd edək ki, konfransda iştirak edən qeyri hökümət təşkilatlarının nümayəndələridə Azərbaycanda Nuru paşaya abidə ucaldılmasının vacibliyini vurğulayıblar (şəkildə Nuru paşa sağdakıdır).