9 May - Azərbaycan Prezidenti İlham Əliyevin “Mir” telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, ölkədə hər zaman geniş qeyd olunan Qələbə Günü yaxınlaşır. “Müstəqilliyin ilk illərində belə deyildi. 1992-ci ildə “Xalq Cəbhəsi” hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi, veteranlar mənəvi terrora məruz qaldılar”, - İlham Əliyev deyib.
Ancaq Heydər Əliyevin gəlişi ilə bu ədalətsizlik aradan qaldırıldı, o zamandan 9 May dövlət bayramıdır: “Bu gün veteranlarla görüşür, gül və çələnglər qoyur, həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu il, əlbəttə, tədbirlər fərqli formatda olacaq, çünki veteranlarımızı qorumalıyıq. Karantin rejimi kütləvi tədbirlərə icazə vermir. Ancaq bayram fərqli formada olsa da, məsələnin mahiyyəti dəyişməyəcək. Hər bir veteran həm bu gün, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcək. Veteranlar qayğı ilə əhatə olunur, maddi cəhətdən dəstəklənir, bir çoxları dövlət tərəfindən ayrıca mənzillərlə təmin olunub. Bu bayramda Prezident mükafatları təqdim edirik. Bütün bunlar qorunub saxlanılacaq. Əsas odur ki, Böyük Vətən Müharibəsi ilə bağlı həqiqət hökm sürsün, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması üçün tarixin yenidən yazılması cəhdləri olmasın. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır”.
Qələbə günündən bir gün sonra, mayın 10-da Azərbaycan öz qətiyyətli qərarı ilə ölkəyə 300 mindən çox azərbaycanlının həlak olduğu İkinci Dünya Müharibəsində Qələbə Gününü qaytarmış ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd edir. Bu, dünyanın bir çox ölkələrində yüksək qiymətləndirilir.
Tanınmış rus siyasətçisi, fəlsəfə elmləri namizədi, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının üzvü, Tatarıstan Respublikasının nümayəndəsi, senator Oleq Morozov Media.Az-a verdiyi şərhdə “Heydər Əliyev bir zirvədir” deyib.
“O, öz dövrünün adamıdır, həm SSRİ, həm də Azərbaycanın böyük vətənpərvəridir”, - deyə vurğulayan Oleq Morozov heç vaxt Heydər Əliyevlə görüşə bilməsə də, qeyd edib: “Mən həmişə bu İnsana hörmət etmişəm”.