Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ombudsman: "Kütləvi məzarlıqlar Ermənistanın insanlıq əleyhinə cinayətlərini bir daha təsdiqləyir"
"Dəfələrlə müraciətlər edilsə də, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən boyun qaçırır".
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şuşa və Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı yaydığı məlumatda bildirib.
Məlumatda qeyd edilib ki, işğaldan azad edilmiş Şuşa şəhərinin yaxınlığında və Əsgəran-Xocalı yolunun üzərində aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlarda aşkar edilmiş insan qalıqlarının mülki şəxslərə aid olduğu ehtimal edilir.
Məlumatda deyilənlərə görə, aşkarlanmış qalıqlarda mülki şəxslərə qarşı zorakılıq izlərinin aşkar edilməsi Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən azərbaycanlılara qarşı müharibə və insanlıq əleyhinə cinayətlərin törədildiyini bir daha təsdiqləyir.
Məlumatda bildirilib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İşğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində indiyədək 170-ə yaxın soydaşımızın kimliyi müəyyən edilib və bu proses hələ də davam etməkdədir.
"Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməli, beynəlxalq ictimaiyyət həmin məlumatların ölkəmizə təqdim olunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir", - deyə müvəkkilin məlumatında vurğulanıb.
"Kütləvi məzar" teqi üzrə xəbərlər
- "Euronews" Qarabağdakı kütləvi məzarlıq haqqında material hazırlayıb
- Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan 18 meyit qalıqlarından 10-u ailəsinə təhvil verilib
- Xocalıda kütləvi məzarlıq aşkarlandı - RƏSMİ
- Azad olunmuş ərazilərdə 23 kütləvi məzarlıq aşkarlanıb
- Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapılıb