Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Onlar deputat seçildiklərinə görə vəzifələri ilə “vidalaşdılar” - ADLAR
Prezident İlham Əliyevin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, ölkə başçısının digər sərəncamları ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov və İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov vəzifəsindən çıxarılıb.
Hər üç şəxs 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə deputat seçiliblər.
H.Hüseynovanın 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən, A.Məmmədovun 123 saylı Kəlbəcər Seçki Dairəsindən, İlahiyyat İnstitutunun rektoru C.Məmmədovun isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığı təsdiqlənib.
Qeyd edək ki, Konstitusiyanın 85-ci maddəsinə əsasən, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər deputat seçilə bilməzlər.
Onu da əlavə edək ki, Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova da deputat seçildiyinə görə işdən çıxıb.
Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliabbas Salahzadə də işdən çıxmaq barədə ərizə verib.
A.Həsənova 32 saylı Suraxanı Üçüncü, Ə.Salahov 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçiliblər.
Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə, Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.
Aqşin Kərimov
"Ceyhun Məmmədov" teqi üzrə xəbərlər
- Deputat: "Veteran pulu" cüzi də olsa, artırılmalıdır"
- Deputat: "Dövlətin bütün sahibsiz heyvanlara sahib çıxması çətin məsələdir"
- Tələbə təqaüdləri nə vaxtdan artırılacaq?
- Millət vəkili: "Bu gün məqsədli şəkildə milli mənəvi dəyərlərdən uzaqlaşan gənc nəsil yetişdirilir"
- Ceyhun Məmmədov: "Prezident gənc nəslin milli ruhda böyüməsi məsələsinə xüsusilə toxundu"