Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
OSJD prezidenti: "Orta Dəhliz yükdaşımaların sürətləndirilməsi üçün strateji əhəmiyyət daşıyır"
"Orta Dəhlizdə rəqabətqabiliyyətliliyn yüksəldilməsi üçün nəqliyyat vasitələrinin hərəkət sürətinin artırılması və infrastrukturun modernləşdirilməsi əsas prioritetlərdən biridir".
Bu barədə "Report"a açıqlamasında Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (OSJD) prezidenti Miroslav Antonoviç deyib.
M.Antonoviç qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" Orta Dəhlizin əsas hissələrindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inkişafında mühüm rol oynayır:
"Bu dəhliz Asiya ilə Avropa arasında yükdaşıma prosesini sürətləndirmək və asanlaşdırmaq baxımından strateji əhəmiyyət daşıyır. Rəqabətqabiliyyətliliyi artırmaq üçün nəqliyyat vasitələrinin sürətinin artırılması və infrastrukturun modernləşdirilməsi əsas vəzifələrdəndir".
OSJD rəhbəri vurğulayıb ki, son görüşlərdə gömrük və nəzarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və "bir pəncərə" sistemi kimi yeniliklər müzakirə olunub.
"Bu addımlar Orta Dəhlizdə əməliyyatların daha sürətli və effektiv həyata keçirilməsinə, xərclərin optimallaşdırılmasına şərait yaradacaq. Bundan əlavə, Azərbaycanın dəmir yollarında alternativ enerji mənbələrinin tətbiqi və 4G, 5G kimi yeni texnologiyaların istifadəsi də gündəmdədir. Bu yeniliklər dəhliz boyunca yükdaşımaların həm ekoloji cəhətdən daha dayanıqlı, həm də sürətli olmasını təmin edəcək".
M. Antonoviç əlavə edib ki, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində Orta Dəhlizin inkişafını dəstəkləyən yeni layihələr üçün maliyyə mexanizmləri hazırlanır.
"Bu istiqamətdə müxtəlif ölkələrin dəmir yolları ilə birgə işlər həyata keçirilir", - deyə OSJD prezidenti qeyd edib.
M. Antonoviçin sözlərinə görə, Orta Dəhlizin inkişafı yalnız regional deyil, həm də qlobal nəqliyyat şəbəkəsi üçün strateji əhəmiyyət daşıyır. O hesab edir ki, infrastrukturun təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi bu dəhlizin potensialını daha da artıracaq.
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT