Bu gün sabiq dövlət başçısı, Ümummilli lider Heydər Əliyevin anım günüdür.
Oxu.Az xəbər verir ki, 2003-cü ilin dekabr ayının 12-də dünyasını dəyişən Heydər Əliyevin vəfatından 15 il keçir.
Heydər Əliyevin vəfatının 15 illiyi ilə bağlı Oxu.Az saytı videoçarx hazırlayıb.
Videoçarxda böyük siyasət və dövlət xadiminin ikinci hakimiyyəti dönəmindəki, 1993-2003-cü illərdəki fəaliyyətindən bəhs olunur.
Daha doğrusu, videoçarxda onun həmin illərdə keçirdiyi tarixi görüşlərdən, qəbullardan, səfərlərdən bəhs edən görüntülər öz əksini tapıb.
Oxu.Az yeniləndi!