Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana ikigünlük səfərə yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Pakistan Times" nəşri məlumat yaylb.
Sammit çərçivəsində Şərif ECO ölkələrinin digər liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
Qeyd edək ki, bu, Pakistanın baş nazirinin bu il ərzində Azərbaycana ikinci səfəridir. O, son dəfə 2025-ci ilin may ayında Bakıda olub və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.
