Pakistanın Bakıdakı səfirliyində Azərbaycanın aparıcı media nümayəndələri ilə görüş keçirilib.
Oxu.Az xəbər verir ki, görüşdə Pakistanın Azərbaycandakı səfirliyinin mətbuat və mədəniyyət işləri üzrə yeni konsulu Rubab Kazmi iştirak edib.
Görüş zamanı Pakistan və Azərbaycan arasında media və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı informasiya mübadiləsinin artırılması və iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.