Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pakistanlı baş nazirdən iddialı açıqlama: "Bizim layihəmiz iqlimi yaxşılaşdıracaq"
"Rəsmilər" verilişinin yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, verilişin budəfəki qonağı Pakistanın Sind əyalətinin Baş naziri Seyid Murad Əli Şah olub.
Seyid Murad Əli Şah Sind hökumətinin iqlim dəyişikliyi ilə bağlı həyata keçirdiyi təşəbbüslərdən söz açıb. O, eyni zamanda, COP29 zamanı təqdim olunan qlobal iqlim maliyyələşdirməsi mexanizmləri və "yaşıl texnologiya" investisiyalarında Sind üçün gördüyü imkanları diqqətə çatdırıb.
Baş nazir Sind əyalətinin bərpa olunan enerjiyə keçmək üçün atdığı addımlardan danışıb. Həmçinin son zamanlar baş verən və fəlakətlə nəticələnən daşqınlara qarşı görülən davamlılıq tədbirlərindən bəhs edib.
Ətraflı Baku TV-nin süjetində: