Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus olub.
Səfir Litva-Azərbaycan iqtisadi əməkdaşlığının çoxşaxəli xarakter daşıdığını vurğulayaraq müxtəlif sahələr üzrə əlaqələrin genişləndiyini qeyd edib.
O bildirib ki, Litva-Azərbaycan strateji tərəfdaşlığı qarşılıqlı dəstək prinsipi əsasında formalaşıb və bu münasibətlər davamlı şəkildə inkişaf edir.
Kestutis Vaşkeleviçus əlavə edib ki, iki ölkə arasında siyasi razılaşmalar əlaqələrin möhkəmlənməsinə töhfə verir, eyni zamanda təhsil sahəsində əməkdaşlıq kifayət qədər fəaldır.