Pakistan nümayəndə heyəti apardıqları “exit-poll”un nəticələrini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin nümayəndələrdən olan Murtuza Cavid Abbasi bildirib ki, bir sıra seçki məntəqələrində seçkini izləyiblər:
“Seçki prosesindən məmnunuq və təşkilatçılıq yüksək səviyyədə olub. Ümid edirik ki, yeni seçiləcək millət vəkilləri də Azərbaycanın rifahı və inkişaf etməsi üçün əllərindən gələni edəcəklər.
Fevralın 7-də seçkiyə hazırlıq prosesi ilə maraqlanmaq üçün Gəncənin 13 və 20 saylı seçki məntəqələrinə nümayəndəmiz təhkim edilib. Dünən də Naxçıvanın 12 və 3 saylı məntəqlərinə baş çəkdik. Bu gün Bakı şəhəri üzrə məntəqələri ziyarət etdik”.
Nümayəndə heyətinin üzvü Mahmud Hasan Xan bildirib ki, onlarda olan məlumata görə, seçkilərdə 5 milyon 300 nəfər səs verib:
“Səs verənlərdən 79 faizi kişi, 21 faizi qadınlardır. Bu, sərbəst, şəffaf və azad seçkilərin keçirilməsi deməkdir. Bu dəqiqəyə qədər saxta səsvermə, qanunsuzluqla bağlı bizdə hər hansı bir məlumat yoxdur”.
İlhamə Əbülfət