Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paris merinin erməni əsilli köməkçisi azərbaycanlılara qarşı təxribat törədib
Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən Assosiasiyalar Forumunda Azərbaycanın stendinin qarşısında Paris merinin erməni əsilli köməkçisi təxribat törətməyə çalışıb.
“Report”un yerli bürosu bildirir ki, Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməni əsilli Anuş Toranyan bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendimizi dağıtmağa çalışıb.
O Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb.
Qeyd edək ki, Azərbaycan Fransanın paytaxtı Parisin 15-ci rayonunda keçirilən Assosiasiyalar Forumunda təmsil olunub. Azərbaycanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyası təmsil edib.
"Fransa" teqi üzrə xəbərlər
- Müasir Fransanın reallığı - xarici siyasətdəki səriştəsizlik
- Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı
- Makron Fransası ciddi sınaqlar qarşısındadır - "Kaspi"nin təhlili
- Avropadakı epimediya fransızları təşvişə saldı - Nazirdən ÇAĞIRIŞ
- Hakan Fidan Fransanın Suriya reaksiyasına od püskürdü: "Mən də PKK-çıları Fransada həbs edim"