Paruyr Hovannisyan Ermənistanın BMT-dəki daimi nümayəndəsi təyin edilib.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Digər sərəncamla Mqer Markaryan təşkilatdakı nümayəndə vəzifəsindən azad edilib.
Qeyd edək ki, aprelin 4-də daha əvvəl Paruyr Hovannisyan Ermənistan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan tutduğu vəzifədən azad edilib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərarı aprelin 4-də Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Məlumat üçün qeyd edək ki, P.Ovannisyan bu vəzifəyə 2021-ci il noyabrın 9-da təyin edilib.