"Bu yaxınlarda Azərbaycanla bağlanmış sülh Ermənistana infrastruktur layihələri də daxil olmaqla, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı genişləndirmək üçün fürsət yaradır".
Oxu.Az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, İrəvan artıq bu sahədə Aİ ölkələri ilə əməkdaşlıq edir:
"Fransa ilə hərbi-texniki əməkdaşlığımız var və artıq iki dəfə Avropa Sülh Fondu vasitəsilə Aİ-dən dəstək almışıq. Ümumilikdə, biz Aİ ilə regional kontekstdə əməkdaşlıq edirik və Azərbaycanla son sülh müqaviləsi infrastruktur layihələri də daxil olmaqla, Aİ ilə əməkdaşlığı genişləndirmək üçün fürsət yaradır".