Martın 11-də Tailand bayrağı altında üzən yük gəmisi Hörmüz boğazından keçməyə çalışarkən hücuma məruz qalıb və nəticədə üç ekipaj üzvü itkin düşüb.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, "Mayuree Naree Bangkok" gəmisi İran sahillərində olarkən arxa tərəfdən vurulub və alovlanıb.
Bildirilir ki, gəmidə 23 ekipaj üzvü olub və onlardan 20-si xilasetmə əməliyyatı ilə xilas edilib.
Həmçinin bəzi məlumatlarda "Mayuree Naree" gəmisinin Tailandda qeydiyyatdan keçdiyi və Hindistan istiqamətində üzdüyü bildirilir.
Hörmüz boğazında üç gəmi naməlum mərmilərlə vurulub.
Oxu.Az-ın "Reuters" nəşrinə istinadən xəbərinə görə, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO), dəniz təhlükəsizliyi xidməti nümayəndələri və özəl mənbələr məlumat verib.
Bildirilib ki, zərbələrdən biri gəminin göyərtəsində yanğına səbəb olub və ekipajın böyük hissəsi təxliyə edilib.
Dəniz təhlükəsizliyi xidmətindəki iki mənbənin sözlərinə görə, zərbənin hədəfi Tailand bayrağı altında üzən "Mayuree Naree" yük gəmisi olub və o, Omandan təxminən 11 dəniz mili şimalda zərər görüb.
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsi yanğının söndürüldüyünü və ətraf mühitə hər hansı təsirin qeydə alınmadığını bildirib. Zəruri heyət gəmidə qalıb.