Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Paşinyan şərti sərhəddəki gərginlikdən danışdı
Ermənistan baş naziri Nikol Paşinyan şərti sərhəddə gərginlik fonunda iki ölkə arasında münasibətlərin pisləşməsi üçün əsas olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.
"Eskalasiyanın əsasları olmalıdır. Bizim regionda bu gün gərginləşmə üçün heç bir əsas yoxdur. Nəticə etibarilə, növbəti mərhələ sülh müqaviləsinin imzalanması və həyata keçirilməsi olmalıdır", - Paşinyan qeyd edib.
Baş nazir həmçinin qeyd edib ki, Avropa İttifaqının (Aİ) müşahidəçiləri Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanana qədər sərhəddə qala bilər.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Sabiq xarici işlər naziri Bakıya qarşı qurulan planları İFŞA ETDİ
- Qərbi Azərbaycan Xronikası: "Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib"
- Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
- Fuad Hüseynəliyev: "Paşinyan əhalini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandırmalıdır"
- Paşinyan: "Əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmirdi"